Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduÖlkəmizdə səfərdə olan İsveçrə Konfederasiyasının Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi sayılan HES-SO Ali idarəetmə və iqtisadiyyat məktəbinin tələbələri Dövlət Məşğulluq Agentliyində məşğulluq xidmətləri və qurumun fəaliyyəti ilə tanış olublar.
"Azərbaycanda İsveçrəli şirkətlər üçün bazar və biznes mühitinin müəyyən edilməsi və İsveçrə bazarı üçün Azərbaycan nə vəd edir”? adlı intensiv təcrübə proqramı çərçivəsində ölkəmizə gələn tələbələrə Agentliyin tarixi, məqsədləri, layihələri və fəaliyyət istiqamətləri ilə bağlı təqdimat edilib.
Eyni zamanda tələbələrə Mərkəzi Karyera filialının fəaliyyəti, karyera məsləhəti xidməti sahəsində görülmüş işlər və icra edilən layihələr haqqında da məlumat verilib. Tələbələr filialın iş prinsipi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Qeyd edək ki, isveçrəli tələbələrin Azərbaycana səfəri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və HES-SO Ali idarəetmə və iqtisadiyyat məktəbinin birgə əməkdaşlığı ilə baş tutub.