Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkaları təşkil edilib.
Bakı Regional Məşğulluq filialı və Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə keçirilən yarmarkada 35-ə yaxın müəssisə tərəfindən 300-dən çox iş yeri təqdim edilib. Tədbirdə Universitetin tələbə və məzunları, gənclər iştirak edib.
Abşeron-Xızı Regional Məşğulluq filialının dəstəyi ilə Sumqayıt şəhərində təşkil edilən aktiv məşğulluq tədbirində isə 26 müəssisə tərəfindən 233 vakansiya təqdim edilib.
Növbəti əmək yarmarkası Qarabağ Regional Məşğulluq filialının dəstəyi ilə Tərtər şəhərində baş tutub. Aktiv məşğulluq tədbirində 22 müəssisə iştirak edib və 280-ə yaxın vakansiya təqdim edilib.
Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən Naftalan Şəhər İcra Hakimiyyəti və Gəncə Regional Turizm İdarəsinin dəstəyi ilə təşkil olunan yarmarkada da işsiz və işaxtaran şəxslərə işəgötürənlərlə əlaqə qurmaq və boş iş yerləri ilə tanış olmaq imkanı yaradılıb. Tədbirdə 13 müəssisə tərəfindən 88 vakansiya təqdim edilib.
Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Yarmarkada işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib. Yeni peşəyə yiyələnmək istəyən şəxslərə isə tədrisi həyata keçirilən kurslar təqdim edilib.