Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduAktiv məşğulluq tədbirində karyera məsləhəti xidməti də göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işsiz şəxslər üçün növbəti əmək yarmarkasını təşkil edib.
Dağlıq Şirvan Regional Məşğulluq filialı tərəfindən İsmayıllı rayonunda keçirilən aktiv məşğulluq tədbirində 17 işəgötürən iştirak edib və 104 vakansiya təqdim olunub. Vakansiyalar əsasən xidmət və istehsal sahələrini əhatə edib.
Vakansiyalara müraciət edən şəxslərə işəgötürənlər tərəfindən tələblər barədə ətraflı məlumat verilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.
Agentliyin tabeliyində Göyçay Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera Filialı da yarmarkada öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə Mərkəzlərin fəaliyyəti və müraciət qaydaları barədə məlumat verilib, karyera məsləhəti xidməti göstərilib.
Əmək yarmarkasında həmçinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST Evi” filialı da təmsil olunub. Yarmarka iştirakçılarına filialın fəaliyyəti, həssas əhali qruplarından olan şəxslər üçün yaradılmış şərait və onların yaradıcılıq potensialının inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Tədbirdə “DOST Evi” üzvlərinin hazırladıqları müxtəlif əl işləri də sərgilənib.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz