İsmayıllı, Sabirabad rayonlarında və Naftalan şəhərində keçirilən yarmarkalarda 322 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işsiz və işaxtaran şəxslər üçün bu həftə İsmayıllı, Sabirabad rayonlarında və Naftalan şəhərində əmək yarmarkaları təşkil edib.

 

Dağlıq Şirvan, Mil-Muğan və Gəncə-Daşkəsən Regional Məşğulluq filialları tərəfindən keçirilən aktiv məşğulluq tədbirlərində 45 işəgötürən tərəfindən ümumilikdə 322 vakansiya təqdim edilib. Müraciət edən şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.  

 

Yarmarkalarda işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi aktiv məşğulluq tədbirləri barədə də məlumat əldə ediblər.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz