Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduTürkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Türkiyə İş Qurumu Baş İdarəsinin (İŞKUR) nümayəndə heyəti Bakıda rəsmi səfərdədir.
Səfər çərçivəsində nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində olub.
Görüşdə Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev, İŞKUR-un İdarə Heyətinin sədr müavini Mustafa İşık və hər iki tərəfdən aidiyyəti struktur bölmələrin rəhbər şəxsləri iştirak ediblər.
Qonaqlara Agentliyin fəaliyyəti, cari il üzrə planlaşdırılan işlər və hədəflər barədə məlumat verilib, iki qurum arasında imzalanan və 2024-2025-ci illəri əhatə edən Tədbirlər Planı müzakirə olunub, gənclərin məşğulluğuna dəstək məqsədilə həyata keçirilən layihələrdən danışılıb.
Görüşün davamı olaraq, İŞKUR nümayəndə heyətinin Bakı Regional Məşğulluq filialına tanışlıq səfəri və görüşlərin keçirilməsi nəzərdə tutulub.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz