Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daha bir qrup işəgötürənlə görüş olub. Görüşdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Təmiz Şəhər” ASC, “Azərişıq” ASC, “Azərenerji” ASC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev işğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin dayanıqlı məşğulluğunun təmin olunması məqsədilə icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verib.
Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması, həmçinin onlar üçün peşə hazırlığı kurslarının təşkili işlərində işəgötürənlərlə davamlı əməkdaşlığın həyata keçirildiyi bildirilib. İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlər üçün tətbiq olunan güzəştlər diqqətə çatdırılıb.
Həmin ərazilərdə məskunlaşan və məskunlaşması nəzərdə tutulan vətəndaşların məşğulluğunun təmin olunması sahəsində görülmüş işlərdən bəhs olunub. İşəgötürənlərlə birgə bu istiqamətdə tədbirlərin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz