İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş olub.  

 

Görüşdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Minatəmizləmə Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, TƏBİB, "Protean Construction" ASC, "Azvirt" MMC və "Alphademining" MMC-nin nümayəndələri iştirak edib.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən məşğulluq proqramlarını qeyd edib. O bu proqramların icrası sahəsində işəgötürənlərlə fəal əməkdaşlıq şəraitində görülmüş işlər barədə məlumat verib. 

 

Görüşdə qeyd olunan ərazilərə köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluğunun təminatı sahəsində işəgötürənlərlə birgə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz