İşğaldan azad olunan ərazilərimizdə 112 sakin üçün özünüməşğulluq proqramı üzrə təsərrüfatlar qurulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərlə bağlı aktiv məşğulluq proqramlarını davam etdirir.

 

Belə proqramlardan biri olan özünüməşğulluq proqramı çərçivəsində həmin sakinlərdən artıq 112 nəfər mal və materiallarla təmin edilərək onlar üçün kiçik ailə təsərrüfatları qurulub. Onlar Füzuli, Şuşa, Xocalı, Laçın, Ağdərə, Zəngilan rayonlarının sakinləridir.

 

Proqrama cəlb olunan şəxslər üçün ilk mərhələdə təlimlər təşkil olunur. Təlimləri bitirdikdən sonra biznes planlarına uyğun olaraq mal və materiallarla təmin edilməklə onlar üçün kiçik ailə təsərrüfatları yaradılır.