Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün aktiv məşğulluq proqramlarını davam etdirir.
Bu proqramların bir istiqaməti olaraq, Agentlik:
üzrə peşə hazırlığı kursları təşkil edir.
Peşə kurslarına həmin yaşayış məntəqələrinə artıq köçürülmüş, habelə bu il ərzində məskunlaşması nəzərdə tutulan işsiz və ya işaxtaran şəxslər müraciət edə bilər.
Kənd təsərrüfatı, tikinti, sənaye, xidmət sahələrinə aid peşələr üzrə təşkil olunan kurslarda iştirak etməklə siz əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək və həmin peşələr üzrə işlə təmin olunmaq imkanı qazanacaqsınız.
Peşə hazırlığı kurslarına:
DOST mərkəzlərinə, məşğulluq filiallarına müraciət edərək,
və ya sosial.gov.az saytındakı “Qarabağ və Şərqi Zəngəzurda peşə hazırlığı” bölməsindəki linkə daxil olaraq müvafiq formanı doldurmaqla qeydiyyatdan keçə bilərsiniz.
Kursların müddəti 6 aya qədərdir və kurslarda iştirak ödənişsizdir.
Peşə hazırlığı kursları işğaldan azad edilmiş digər ərazilərimizin sakinləri üçün də təşkil ediləcək.