İşğaldan azad edilmiş ərazilərdə məşğulluq tədbirləri davam etdirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Tərtər rayonunun Talış kəndində özünüməşğulluq proqramına cəlb olunan şəxslərlə maarifləndirmə görüşü keçirilib.

 

Özünüməşğulluq proqramı çərçivəsində biznes təlimlərinin təşkili, sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri mövzusunda keçirilən görüşdə Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində heyvandarlıq istiqaməti üzrə aktivlərlə təmin edilən şəxslərə heyvan sağlamlığının təmin edilməsi, heyvandarlıqda məhsuldarlığın artırılması kimi mövzular ətrafında tövsiyələr verilib.

 

Eyni zamanda fermerlərə təsərrüfatlarını inkişaf etdirmək üçün dövlətin dəstək mexanizmləri barədə də məlumat verilib, kənd sakinlərinin sualları cavablandırılıb.