Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan və Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən Sabirabad, Xaçmaz və Şabran rayonlarında işəgötürənlərlə görüşlər keçirilib.
Rayon İcra Hakimiyyətlərinin nümayəndələrinin də iştirak etdiyi görüşlərdə ərazi məşğulluq proqramının icrası çərçivəsində görülən işlər, Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri ilə bağlı işəgötürənlərə məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib.
Görüşdə eyni zamanda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydası, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi qaydası, işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili və digər məşğulluq tədbirləri barədə işəgötürənlər məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.