İşəgötürənlərlə işə qəbul prosesində əməkdaşlıq gücləndirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən “Karyera məsləhətçiləri ilkin rekruter – işəqəbul mütəxəssisi kimi işəgötürənlərin xidmətindədir!” layihəsi çərçivəsində görüşlər davam edir.

Bu dəfə Abşeron-Xızı Regional Məşğulluq filialı tərəfindən “GL” ASC və “Giltex” MMC-nin nümayəndələri ilə karyera məsləhətçilərinin görüşü təşkil edilib.  

Şirkətlərin nümayəndələri müəssisədə işə qəbul prosesi ilə bağlı təqdimat edib, karyera məsləhətçilərindən gözləntilər müzakirə olunub, mövzu barədə iştirakçıların sualları cavablandırılıb.

 

“Karyera məsləhətçiləri ilkin rekruter – işəqəbul mütəxəssisi kimi işəgötürənlərin xidmətindədir!” layihəsinin məqsədi karyera məsləhətçiləri və işəgötürənlər arasında kommunikasiyanın qurulması ilə karyera məsləhətçilərinin vakansiya tələblərini və hər bir işəgötürənin işəqəbul prinsiplərinin öyrənilməsi, işəgötürənlərlə karyera məsləhətçilərinin arasında əməkdaşlığın gücləndirilməsi və karyera məsləhətçilərinin qərarına inamının artırılmasıdır.