İşəgötürənlərlə əməkdaşlıq perspektivləri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı tərəfindən Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə işəgötürənlərlə görüş keçirilib.

 

Nərimanov rayonunda fəaliyyət göstərən 13 işəgötürənin iştirak etdiyi görüşdə ilk olaraq Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məlumat verilib, əməkdaşlıq münasibətlərinin formalaşdırılması, həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin əmək bazarına inteqrasiyasının təmin edilməsi istiqamətində görülən işlər və həyata keçirilən layihələr barədə təqdimat edilib.

 

Görüş işəgötürənlərlə əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib, onları maraqlandıran suallar cavablandırılıb.