İşəgötürənlərlə əməkdaşlıq məsələləri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan və Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən işəgötürənlərlə növbəti görüşlər keçirilib. İmişli və Göygöl rayonlarında keçirilən görüşlərdə Rayon İcra Hakimiyyətlərinin nümayəndələri və müxtəlif sektorlardan olan işəgötürənlər iştirak edib.

 

Görüşlərdə ərazi məşğulluq proqramının icrası çərçivəsində görülən işlər müzakirə edilib, Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı işəgötürənlərə məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib. 

 

Daha sonra sosial cəhətdən xüsusi kateqoriyaya aid olan şəxslərin məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydası, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsi, işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili və digər məşğulluq tədbirləri haqqında işəgötürənlər məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.