İşəgötürənlərlə əməkdaşlıq imkanlarının müzakirəsi üçün növbəti görüşlər keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin regional filialları tərəfindən işəgötürənlərlə görüşlərin keçirilməsi davam edir.

 

Bu dəfə Bakı, Gəncə-Daşkəsən və Dağlıq Şirvan Regional Məşğulluq filialları tərəfindən dəyirmi masalar təşkil olunub.

 

İcra Hakimiyyətləri ilə birgə keçirilən görüşlərdə idarə, müəssisə və təşkilatların nümayəndələrinə ilk olaraq Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, mövcud vakansiyaların vakansiya bankına yerləşdirilməsi qaydası izah edilib.  

 

Daha sonra işəgötürənləri maraqlandıran suallar cavablandırılıb və əməkdaşlıq imkanları müzakirə edilib.