İşəgötürənlərlə əməkdaşlıq imkanları müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı və Qarabağ Regional Məşğulluq filialı tərəfindən işəgötürənlərin iştirakı ilə dəyirmi masa təşkil olunub.

 

Qarabağ Regional DOST Mərkəzi, Sabunçu və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan görüşlərdə Agentliyin fəaliyyət istiqamətləri məşğulluq xidmətləri ilə bağlı işəgötürənlərə məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib. 

 

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydası, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsi qaydası, peşə hazırlığının təşkili, virtual əmək yarmarkası və digər məşğulluq tədbirləri barədə işəgötürənlər məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

 

Sonda işəgötürənlərin fikirləri və təklifləri dinlənilib.