İşəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Karyera məsləhətçiləri ilkin rekruter – işəqəbul mütəxəssisi kimi işəgötürənlərin xidmətindədir!” layihəsi çərçivəsində növbəti görüş baş tutub.

 

Bakı Regional Məşğulluq filialı tərəfindən təşkil edilən görüşdə  Agentliyin İşsiz şəxslərlə iş departamentinin əməkdaşları, Filialın karyera məsləhətçiləri və “Competo” MMC- nin insan resursları komandası iştirak edib.

 

“Competo” MMC-də işə qəbul prosesi, karyera məsləhətçilərindən gözləntilər barədə məlumat verilib, rekruter yanaşmasının uğurlu şəkildə tətbiqinin işəgötürənlərə və işsiz və işaxtaran şəxslərə töhfə verəcəyi qeyd edilib.

 

Qeyd edək ki, ötən il start verilən bu layihənin məqsədi karyera məsləhətçiləri və işəgötürənlər arasında kommunikasiyanın qurulması ilə karyera məsləhətçilərinin vakansiya tələblərini və hər bir işəgötürənin işəqəbul prinsiplərinin öyrənilməsi, işəgötürənlərlə karyera məsləhətçilərinin arasında əməkdaşlığın gücləndirilməsi və karyera məsləhətçilərinin qərarına inamının artırılmasıdır.