İşəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Karyera məsləhətçiləri ilkin rekruter – işəqəbul mütəxəssisi kimi işəgötürənlərin xidmətindədir!” layihəsi davam edir.

 

Bu dəfə Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən təşkil edilən görüşdə Agentliyin İşsiz şəxslərlə iş departamentinin əməkdaşları, Filialın karyera məsləhətçiləri və Fəsil Turizm MMC-nin insan resursları komandası iştirak edib.

 

Fəsil Turizm MMC-də işə qəbul prosesi, karyera məsləhətçilərindən gözləntilər barədə məlumat verilib, rekruter yanaşmasının uğurlu şəkildə tətbiqinin işəgötürənlərə, işsiz və işaxtaran şəxslərə töhfə verəcəyi qeyd edilib.

 

Həmçinin görüşdə “Əmək və məşğulluq” altsistemi ilə bağlı məlumat verilib, şirkətlərin vakansiyalar üzrə namizədlərdən tələbləri və qarşılıqlı əməkdaşlığın səmərəli qurulması istiqamətində də müzakirələr aparılıb.