Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində işəgötürənlərlə birgə yeni peşə kurslarına start verilib.
Abşeron-Xızı Regional Məşğulluq filialının "SOCAR PETROLİUM" QSC ilə əməkdaşlığına əsasən Sumqayıt şəhəri üzrə işsiz şəxslər üçün təşkil olunan “Yanacaqdoldurma stansiyalarının operatoru” peşəsi üzrə kursa müsahibə mərhələsini uğurla keçən 12 namizəd cəlb olunub.
Digər kurs isə, “Azerbaijan Supermarket” MMC ilə birgə təşkil edilib. "Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşəsi üzrə hazırlıq kurslarına 25 namizəd cəlb olunub.
Bir ay davam edəcək kursda iştirakçılara nəzəri və praktiki biliklər tədris ediləcək. Bu müddət ərzində müdavimlərə minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödəniləcək. Buraxılış imtahanından müvəffəqiyyətlə keçən məzunlar müvafiq olaraq "SOCAR PETROLİUM" QSC-də və “Bravo” marketlər şəbəkəsində işlə təmin olunacaqlar.
Dövlət Məşğulluq Agentliyinin peşə hazırlığı mərkəzlərində peşə kurslarına cəlb olunmaq istəyən işsiz və işaxtaran şəxslər Bakı və Sumqayıtda DOST Mərkəzlərinə, bölgələrdə Regional Məşğulluq Filiallarına müraciət edərək 175 peşə və ixtisas üzrə kurslara qatıla bilər.