Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən işəgötürənlərlə birgə Ərazi məşğulluq proqramının icrası çərçivəsində görülən işlər müzakirə edilib.
Goranboy rayonunda keçirilən görüşdə işəgötürənlərə Agentliyin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı məlumat verilib, mövcud imkanlar və nəticəyönümlü əməkdaşlığın perspektivləri müzakirə edilib.
Həmçinin tədbirdə sosial cəhətdən həssas və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydası, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilməsi qaydası, işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili və digər məşğulluq tədbirləri barədə təqdimatlar edilib.
Sonda işəgötürənləri maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib.