Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının təşkilatçılığı ilə işəgötürənlərlə görüşlərin keçirilməsi davam etdirilir.
İdarə, müəssisə və təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən növbəti belə görüşlərdə işəgötürənlərə Agentliyin fəaliyyət istiqamətləri, layihələr barədə ətraflı məlumat verilib, “Əmək və məşğulluq” altsistemindən istifadənin və boş iş yerləri barədə məlumatların vakansiya bankına yerləşdirilməsinin üstünlüklərinə dair təqdimat edilib.
Bildirilib ki, Agentlik özəl sosial tərəfdaşları ilə birgə korporativ sosial məsuliyyət layihələri icra edir və belə layihələrin icrasına dəstək olunur. İşəgötürənlər bu mövzuda əməkdaşlıqda da aktiv olmağa dəvət edilib.
Görüşün sonunda işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.