İşəgötürənlər Vakansiya bankından istifadə ilə bağlı məlumatlandırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı və Mərkəzi Aran Regional Məşğulluq filialları tərəfindən idarə, müəssisə və təşkilatların iştirakı ilə növbəti görüşlər təşkil edilib.  

 

Səbail Rayon və Mingəçevir Şəhər İcra Hakimiyyətləri ilə birgə keçirilən görüşlərdə aparılan sosial-iqtisadi islahatlar və dövlətin məşğulluq strategiyası haqqında məlumat verilib, Agentliyin fəaliyyət istiqamətləri və işəgötürənlərlə birgə layihələrdən danışılıb, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib. 

 

Həmçinin işəgötürənlərə mövcud vakansiyaların vakansiya bankına yerləşdirilməsi proseduru, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydası, əməkhaqqının birgə maliyyələşdirilməsi qaydası və digər məşğulluq tədbirləri ilə bağlı təqdimat edilib, onları maraqlandıran suallar cavablandırılıb.