“İş Klubu” layihəsinin sayca 11-ci görüşünə qeydiyyat başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən keçirilən “İş Klubu” layihəsinin sayca 11-ci görüşünə qeydiyyat başlayıb. Layihəyə məzunlar, işsiz və işaxtaran şəxslər müraciət edə bilərlər.


İki həftə davam edəcək layihə müddətində ekspertlər tərəfindən iştirakçılara müxtəlif mövzular ətrafında təlimlər keçiriləcək.


Layihədə iştirak etmək üçün müraciət formasını dolduraraq qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat mərhələsini uğurla keçən şəxslərlə elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq.


Son müraciət tarixi: 07 İyun 2023-ci il

Layihənin başlama tarixi: 12 İyun 2023-ci il

 

Qeydiyyat linki: https://forms.gle/LeRSHdV4SZFsMPy27

 

Əgər sən də iş axtarışı ilə bağlı müxtəlif bacarıqlar və təcrübələr öyrənmək niyyətindəsənsə, bu layihə məhz sənin üçündür!