“İş Klubu” layihəsinin növbəti qrupu üzrə təlimlər başa çatıb

Sayca 26-cı dəfə keçirilən layihəyə bu dəfə özəl tədris

 müəssisələrinin əməkdaşları cəlb edilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən "İş Klubu” layihəsinin növbəti təlimləri başa çatıb.

 

Sayca 26-cı dəfə keçirilən layihəyə bu dəfə Agentliyin peşə hazırlığı istiqamətində əməkdaşlıq etdiyi özəl tədris müəssisələrinin əməkdaşları cəlb edilib.

 

Layihə müddətində iştirakçılara karyera planlaması, iş axtarış alətləri, müsahibəyə hazırlıq, tənqidi təfəkkür bacarığı və s. mövzular ətrafında peşəkar ekspertlər tərəfindən təlimlər keçirilib.

 

Qeyd edək ki, "İş Klubu” layihəsinin əsas məqsədi işsiz və işaxtaran şəxslərin iş axtarışı prosesinə dəstək göstərilməsi, əmək bazarının mövcud imkanları və trendləri barədə məlumatlandırılmasıdır.

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz