Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduSayca 26-cı dəfə keçirilən layihəyə bu dəfə özəl tədris
müəssisələrinin əməkdaşları cəlb edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən "İş Klubu” layihəsinin növbəti təlimləri başa çatıb.
Sayca 26-cı dəfə keçirilən layihəyə bu dəfə Agentliyin peşə hazırlığı istiqamətində əməkdaşlıq etdiyi özəl tədris müəssisələrinin əməkdaşları cəlb edilib.
Layihə müddətində iştirakçılara karyera planlaması, iş axtarış alətləri, müsahibəyə hazırlıq, tənqidi təfəkkür bacarığı və s. mövzular ətrafında peşəkar ekspertlər tərəfindən təlimlər keçirilib.
Qeyd edək ki, "İş Klubu” layihəsinin əsas məqsədi işsiz və işaxtaran şəxslərin iş axtarışı prosesinə dəstək göstərilməsi, əmək bazarının mövcud imkanları və trendləri barədə məlumatlandırılmasıdır.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz