“İş Klubu” layihəsinə növbəti qrup üzrə qeydiyyat başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən keçirilən “İş Klubu 12” layihəsinə qeydiyyat başlayıb.



Layihəyə məzunlar, işsiz və işaxtaran şəxslər müraciət edə bilərlər. İştirakçılara 2 həftə ərzində ekspertlər tərəfindən karyera planlaması, əmək bazarı və digər mövzular ətrafında təlimlər keçiriləcək.

 

Layihədə iştirak etmək üçün aşağıda qeyd edilən müraciət formasını dolduraraq qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat mərhələsini uğurla keçən şəxslərlə elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq.


Son müraciət tarixi: 07 İyul 2023-ci il

Layihənin başlama tarixi: 10 İyul 2023-ci il

 

Qeydiyyat linki:  https://forms.gle/22qaeqGTaq7b6gfZ6

 

Əgər sən də işsizsənsə və iş axtarışı ilə bağlı müxtəlif bacarıqlar və təcrübələr öyrənmək niyyətindəsənsə, bu layihə məhz sənin üçündür!