Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduBu fikirləri “Caspian Energy Club”ın təşkilatçılığı ilə keçirilən “Grand HR Summit”də Sadiq Əliyev səsləndirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev “Caspian Energy Club”ın təşkilatçılığı ilə keçirilən “Grand HR Summit”də iştirak edib.
“İşəgötürənlərlə əməkdaşlıq: Mövcud və Gələcək Layihələr” mövzusuna həsr olunmuş tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev, 150-dən çox hökumət rəsmiləri, özəl sektordan olan rəhbər və nümayəndələr, ekspertlər, yerli və beynəlxalq şirkətlərin nümayəndələri iştirak edib.
Sadiq Əliyev Agentliyin fəaliyyət istiqamətlərinin mühüm bir hissəsinin məhz işəgötürənlərin fəaliyyətini dəstəkləməyə, onları uyğun kadrlarla təmin etməyə və dövlət qurumları ilə sahibkarlar arasında əməkdaşlığı inkişaf etdirməyə, qarşılıqlı inam mühitinin yaradılmasına hədəfləndiyini bildirib. Qeyd edilib ki, icra olunan proqramlar işəgötürənlərə unikal imkanlar təklif edir və iş dünyasının gələcək inkişafı dövlət və özəl sektorun birgə əməkdaşlığından asılıdır. Sədr əmək bazarının təhlili, gənclərin gələcəyin əmək bazarına düzgün hazırlanması və dayanıqlı məşğulluqlarının təmini istiqamətində Agentlik tərəfindən mühüm işlər görüldüyünü diqqətə çatdırıb.
Daha sonra Sadiq Əliyev və Vəli Quliyev sual-cavab sessiyasında iştirak edib və tədbirə qatılan iştirakçıların təkliflərini dinləyib, sahibkarları maraqlandıran sualları cavablandırıblar.
Tədbirdə həmçinin Sadiq Əliyev və Vəli Quliyevə “Caspian Energy Club”ın Fəxri üzvlük sertifikatı təqdim edilib.