Agentliyin Instagram platforması nüfuzlu beynəlxalq müsabiqədə qalib seçilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ABŞ-nin Marketinq və Kommunikasiya Peşəkarları Assosiasiyası tərəfindən təşkil olunan “Ava Digital Awards” müsabiqəsində uğur qazanıb.

 

Agentliyin Instagram platforması müsabiqədə “Sosial Media Ünsiyyəti üzrə Mükəmməllik” kateqoriyası üzrə qalib seçilərək mükafata layiq görülüb. (https://enter.amcpros.com/ava/entry/social-media/)

 

Bu mükafat platformanın innovativ yanaşması, keyfiyyətli və maarifləndirici məzmun təqdim etməsi, auditoriya ilə effektiv kommunikasiyanın qurulması və vahid brend üslubunun formalaşdırılması üzrə meyarlara əsasən verilib.

 

“Ava Digital Awards” mükafatı rəqəmsal məzmunun yaradılması sahəsində geniş kateqoriyaları əhatə edən və rəqəmsal kommunikasiyada mükəmməlliyi təqdir edən nüfüzlu beynəlxalq müsabiqədir.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz