İmişli və Daşkəsəndə 29 işəgötürənin iştirakı ilə əmək yarmarkaları keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkaları keçirilib. Mil-Muğan Regional Məşğulluq filialının dəstəyi ilə İmişlidə, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının dəstəyi ilə Daşkəsəndə təşkil edilən yarmarkada dövlət və özəl sektordan olmaqla ümumilikdə 29 müəssisə iştirak edib və 300-dən artıq vakansiya təqdim edilib.

 

Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar. 

 

Yarmarkada işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib. Yeni peşəyə yiyələnmək istəyən şəxslər isə Peşə Hazırlığı Mərkəzlərində tədrisi həyata keçirilən kurslarla tanış olmaq imkanı əldə ediblər.