“Azərbaycanda məşğulluğa dəstək” layihəsi ilə bağlı İmişli və Beyləqanda məlumatlandırma tədbirləri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsi ilə bağlı İmişli və Beyləqanda işaxtaran və işsiz şəxslərin iştirakı ilə məlumatlandırma tədbirləri keçirilib.

 

Layihənin məqsədləri, hədəf qrupları, proqramın gözlənilən faydaları və müraciət qaydaları barədə iştirakçılara məlumatlar verilib.

 

Qeyd olunub ki, layihənin məqsədi ən yaxşı təcrübələr əsasında özünüməşğulluq proqramının genişləndirilməsi və işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti əsasında kiçik biznes imkanlarına sahib olmalarına dəstək göstərməkdir.

 

İştirakçıları maraqlandıran suallar cavablandırılıb, bu layihə çərçivəsində öz biznesini qurmaq istəyən şəxslərə müvafiq tövsiyələr verilib. Həmçinin iştirakçılara layihə və təqdim edilən biznes zərflər barədə məlumatların əks olunduğu çap materialları  paylanıb.

 

 “Azərbaycanda məşğulluğa dəstək” layihəsi üzrə 22 min işsiz şəxsin  kiçik biznesə çıxışına imkan yaradılması nəzərdə tutulub və onlardan artıq bir hissəsi layihənin dəstəyi ilə kiçik bizneslərini qurub.

 

Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur. Təlimlərin sonunda keçirilən qiymətləndirmə prosesində biznes planlarını müdafiə edən şəxslərə istehsal və xidmət sahələri üzrə avadanlıqlar verilir.