Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvləri 7-ci “Yerli şirkətlərin tanıtım sərgisi”ndə Dövlət Məşğulluq Agentliyinin stendini ziyarət ediblər. Onlar Agentliyin xidmətləri, təşkil etdiyi aktiv məşğulluq tədbirləri ilə yaxından tanış olublar.
İctimai şura üzvləri stend çərçivəsində təşkil olunan əmək yarmarkasında iştirak edərək işəgötürənlər tərəfindən təqdim edilən vakansiyalara baxış keçiriblər. Bildirilib ki, sərginin keçirildiyi günlərdə Agentliyin stendində təşkil olunmuş əmək yarmarkalarında 80-dək işəgötürən tərəfindən 300-dək vakansiya təqdim edilib və vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.
İşsiz və işaxtaran şəxslərin əmək yarmarkasına müraciəti və ilkin qeydiyyat prosesini izləyən şura üzvlərinə işsiz və işaxtaran şəxslərin peşə hazırlığının təşkili işləri barədə də məlumat təqdim edilib. Şuranın üzvləri Agentliyin işəgötürənlər üçün təşkil etdiyi maarifləndirici görüşlərdən birini müşahidə ediblər. Görüş zamanı işəgötürənlərə məşğulluq xidmətləri, əmək bazarında mövcud imkanlar və əməkdaşlıq mexanizmləri barədə məlumat verilib.
Qeyd edək ki, 7-ci “Yerli şirkətlərin tanıtım sərgisi” 17-20 iyun tarixləri arasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası, Azərbaycan Dövlət Reklam Agentliyi və Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə keçirilib.