Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində əlavə dəstək mexanizmi olan “Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib.
Görüşdə 2021-ci ilin dekabr ayından etibarən, istehsal və xidmət istiqamətləri üzrə aktiv alan və hazırda biznes fəaliyyəti göstərən benefisiarlar iştirak edib. Onlara müsabiqənin şərtləri və tələb olunan meyarlar barədə məlumat verilib.
Bildirilib ki, müsabiqənin sonunda seçim şərtlərinə uyğun olan benefisiarlara mövcud biznes fəaliyyətlərini daha səmərəli şəkildə davam etdirmələri və inkişafı üçün əlavə avadanlıqların verilməsi nəzərdə tutulub.
Daha sonra benefisiarları maraqlandıran suallar cavablandırılıb. Məlumatlandırma görüşlərinin bütün regionlarda davam etdirilməsi planlaşdırılıb.