Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” iştirakçılarının bizneslərini genişləndirmələrinə dəstək məqsədilə icra olunan “Həvəsləndirmə mükafatları” müsabiqəsinin ikinci mərhələsinə başlanıb.
Ümumilikdə müsabiqəyə 258 proqram iştirakçısı müraciət edib. Əvvəlcədən müəyyənləşdirilmiş meyarlar əsasında seçim aparılaraq 197 şəxs ikinci mərhələdə iştirak şansı əldə edib.
Müsabiqənin ikinci mərhələsinə keçən benefisiarlar:
Sənədlər 7 İyul 2025-ci il tarixindən gec olmayaraq təqdim edilməlidir.
Biznes planın doldurulmasında və ya təqdim edilməsində çətinlik yaşayan şəxslər mentorlarla (mentorun adı və əlaqə nömrəsini bu keçiddən, Regional Məşğulluq filialı və ya şəhər/rayon üzrə Xidmət şöbəsindən əldə edə bilərsiniz) əlaqə saxlaya bilərlər.
2-ci mərhələyə keçmiş benefisiarların siyahısı.
Biznes plan yazmaq və əlavə avadanlıq seçmək üçün keçid.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz