Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən "Məşğulluğa Dəstək Layihəsi" çərçivəsində təşkil olunan növbəti “Həvəsləndirmə mükafatları” müsabiqəsinin qaliblərinin aktivlərlə təminatı davam etdirilir.
Bu dəfə Bərdə şəhərində müsabiqənin daha bir qrup qalibinə özünüməşğulluq proqramı çərçivəsində yaratdıqları kiçik bizneslərini genişləndirmək üçün əlavə avadanlıqlar təqdim olunub.
İndiyədək Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Mərkəzi Aran, Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran-Astara və Şirvan-Salyan iqtisadi zonaları üzrə ümumilikdə 80-dək şəxsə kiçik bizneslərini genişləndirmələrinə dəstək məqsədilə əlavə avadanlıqlar verilib.
Benefisiarlara təqdim edilən aktivlər kiçik dərzi sexi, un məhsulları istehsalı avadanlıqları, kişi bərbərxanası, avtomobil şinlərinin bərpası və təmiri fəaliyyət istiqamətlərini əhatə edir.
"Həvəsləndirmə mükafatları" müsabiqəsi özünüməşğulluq proqramı çərçivəsində uğurlu fəaliyyət göstərən benefisiarları bizneslərini daha inkişaf etdirməyə təşviq etmək, onların gəlir imkanlarını artırmaq və fəaliyyətlərinin dayanıqlığını gücləndirmək məqsədi daşıyır.
Müsabiqənin birinci mərhələsi çərçivəsində ümumilikdə 100 benefisiarın əlavə aktivlərlə təmin edilməsi nəzərdə tutulur. Aktivlərin təqdimatı mərhələli şəkildə davam etdirilir. Növbəti mərhələdə daha 190 nəfərin əmlaklarla təmin edilməsi planlaşdırılır.
Bərdə şəhərində layihə çərçivəsində növbəti maarifləndirmə görüşü də keçirilib.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev, Bərdə Rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, layihə əməkdaşları və 60-dan çox benefisiarın iştirak etdiyi görüşdə layihənin məqsədi, icra mexanizmi, iştirak şərtləri və iştirakçılar üçün nəzərdə tutulan dəstək tədbirləri barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.