Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində iştirakçıların bizneslərini böyütməsinə dəstək məqsədilə təşkil olunan “Həvəsləndirmə mükafatları” müsabiqəsi başa çatıb.
Layihə üzrə 2020–2024-cü illərdə avadanlıqla təmin edilərək istehsal və xidmət sahələrində kiçik biznes quran 100 iştirakçı öz fəaliyyətlərini daha da inkişaf etdirmək üçün əlavə dəstək alacaq.
Müsabiqəyə ölkənin bütün şəhər və rayonlarından 258 nəfər müraciət edib. Qaliblərin seçimində aşağıdakı meyarlara üstünlük verilib:
Qalib şəxslərə mövcud fəaliyyətlərini genişləndirmək üçün əlavə avadanlıqlar veriləcək. Hər bir benefisiar yalnız bir dəfə bu müsabiqədən faydalana bilər.
Qaliblərin tam siyahısı ilə buradan tanış olmaq mümkündür.