Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu həftə Bakı şəhəri və Daşkəsən rayonunda əmək yarmarkaları təşkil edilib.
Agentliyin Bakı və Gəncə-Daşkəsən regional məşğulluq filiallarının təşkil etdiyi tədbirlərdə 44 işəgötürən tərəfindən 281 vakansiya təqdim olunub.
Bakı şəhərində keçirilən yarmarka Qərbi Kaspi Universiteti ilə birgə təşkil olunaraq universitetin tələbə və məzunlarını əhatə edib.
Yarmarkalar zamanı iştirakçılara təqdim olunan vakansiyalar üzrə tələblər, iş şəraiti və işə qəbul prosedurları barədə ətraflı məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi Bakıda təşkil olunmuş yarmarkada öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə həyata keçirilən peşə kursları və müraciət qaydaları barədə məlumat verilib.