Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu həftə Bakı şəhərində, eləcə də Abşeron, Şirvan, Sabirabad və Quba rayonlarında əmək yarmarkaları təşkil edib.
Yarmarkalarda dövlət və özəl sektoru təmsil edən 115 işəgötürən iştirak edib və 400-ə yaxın vakansiya təqdim olunub.
Aktiv məşğulluq tədbirlərində vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Bakı, Abşeron və Sabirabadda təşkil olunmuş yarmarkalarda Agentliyin Peşə Hazırlığı Mərkəzi də öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran vətəndaşlara peşə hazırlığı kursları və müraciət qaydaları barədə ətraflı məlumat verilib.