Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu həftə Hacıqabul, Şəmkir, Quba, Şamaxı və Beyləqan rayonlarında və Gəncə şəhərində əmək yarmarkaları təşkil edilib.
Agentliyin Şirvan-Salyan, Qazax-Tovuz, Quba-Xaçmaz, Dağlıq Şirvan, Mil-Muğan və Gəncə-Daşkəsən regional məşğulluq filiallarının təşkil etdiyi tədbirlərdə 105 işəgötürən tərəfindən 631 vakansiya təqdim olunub.
Gəncə şəhərində keçirilmiş yarmarka Azərbaycan Dövlət Aqrar Universiteti, Şamaxı şəhərində keçirilmiş yarmarka isə Azərbaycan Dövlət Pedaqoji Universitetin Şamaxı filialı ilə birgə təşkil olunub.
Aktiv məşğulluq tədbirlərində vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Şamaxı rayonunda keçirilmiş yarmarkada Göyçay Peşə Hazırlığı Mərkəzi, Gəncə şəhərində təşkil olunmuş yarmarkda isə Gəncə Peşə Hazırlığı Mərkəzi öz stendləri ilə təmsil olunublar. İşsiz və işaxtaran şəxslərə peşə kursları və müraciət qaydaları barədə məlumat verilib.