Gözdən əlilliyi olan şəxslər üçün növbəti peşə hazırlığı kursuna start verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzinin Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə əməkdaşlığı çərçivəsində növbəti dəfə çağrı mərkəzi üzrə operator peşə kursuna start verilib.

 

2 ay davam edəcək kursa Cəmiyyətin üzvü olan 12 işsiz şəxs cəlb olunub. Tədris başa çatdıqdan sonra buraxılış imtahanını müvəffəqiyyətlə keçən məzunlara rəsmi dövlət sertifikatı veriləcək və onlar müvafiq sahədə işlə təmin olunacaqlar.

 

Qeyd edək ki, peşə kursuna cəlb olunan şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir.