Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” barədə növbəti ictimai dinləmələr Göygöl və Samux rayonlarında təşkil olunub.
İşsiz və işaxtaran şəxslərin iştirakı ilə keçirilən tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi barədə məlumat verilib.
Layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblərdən, proqramın gözlənilən faydalarından, layihəyə müraciət qaydalarından bəhs olunub.
“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində avadanlıqlarla təmin edilərək kiçik bizneslərini quran və uğurla davam etdirən şəxslərin bizneslərini genişləndirməsinə dəstək məqsədilə “Həvəsləndirmə Mükafatı” müsabiqəsi də keçirilir. İctimai dinləmələr zamanı bu müsabiqədə iştirak şərtləri barədə də məlumatlar verilib.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz