Göyçayda növbəti “Aqroturizm və Sosial sahibkarlıq” festivalı keçiriləcək

24 iyun 2023-cü il tarixində Göyçayda növbəti “Aqroturizm və Sosial sahibkarlıq” (#GöyçayFest) festivalı keçiriləcək.

 

Festival Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondununun dəstəyi ilə “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Region gənclərinin məşğulluğu üçün Aqroturizmin təşviqi” layihəsi çərçivəsində baş tutacaq.

 

Tədbirdə kənd təsərrüfatı, ictimai iaşə və aqroturizm istiqamətində maraqlı subyektlərin sərgiləri təşkil olunacaq, aqroturizm istiqamətində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin məhsulları nümayiş etdiriləcək. Festival Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Göyçay Dayaq Məntəqəsində təşkil olunacaq.

 

Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Gənclər Fondu, Kənd Təsərrüfatı Nazirliyi, Göyçay Rayon İcra Hakimiyyəti, “Göyçay İnkişaf Mərkəzi”, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Göyçay-Süd ASC, Education Hub və AIESEC Azərbaycan Gənclər Təşkilatının birgə tərəfdaşlığı ilə baş tutacaq.

 

Məqsəd regionda aqroturizm, sosial sahibkarlığın inkişafına dəstək olmaq, yerli sahibkarların aqroturizmə marağını artırmaq, aqroturizm idarəetmə təcrübəsini təşviq etməklə əhalinin məşğulluq imkanlarını genişləndirməkdir. Həmçinin peşə mərkəzi müdavimləri, gənclər üçün əlavə gəlir gətirən, həmçinin iqtisadi dayanıqlılığı özündə birləşdirən turizm növlərini inkişaf etdirməkdir.