Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən Göyçay şəhərində əmək yarmarkası keçirilib.
Mərkəzi Aran Regional Məşğulluq filialının təşkilatçılığı ilə baş tutmuş yarmarkada işsiz və işaxtaran şəxslərə 15 müəssisə 102 vakansiya təqdim edib.
Aktiv məşğulluq tədbirində iştirak etmiş şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.
Əlavə olaraq, yarmarkada vətəndaşlara özünüməşğulluq proqramı və peşə hazırlığı kursları barədə də məlumat verilib.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz