Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Göyçay Peşə Hazırlığı Mərkəzi Avropa Təlim Fondunun (ATF) “Peşəkar Mükəmməllik Mərkəzləri” şəbəkəsinə qoşulub.
Belə ki, Avropa Təlim Fondu tərəfindən Göyçay Peşə Hazırlığı Mərkəzinin təşkil etdiyi kurslar, sosial tərəfdaşlarla iş, dövlət-özəl əməkdaşlığı istiqamətində fəaliyyətləri yüksək qiymətləndirib və Mərkəz sertifikatla təltif edilib.
Şəbəkədə təmsil olunmaq Peşə Mərkəzləri arasında bilik, təcrübə mübadiləsinə və müxtəlif fəaliyyətlərdə iştiraka imkan yaradır. Layihədə Azərbaycan, İspaniya, Gürcüstan, Mərakeş, Tunis və Moldovadan seçilmiş peşə mərkəzləri iştirak edirlər.