“Gənclərin Məşğulluq Məktəbi” yaz düşərgəsi keçiriləcək

Düşərgə 20-24 may tarixlərində Şəki Olimpiya İdman Kompleksində baş tutacaq

 

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin Məşğulluq Məktəbi” yaz düşərgəsi keçiriləcək.

 

20-24 may tarixlərində Şəki Olimpiya İdman Kompleksində baş tutacaq düşərgədə karyera planlaması təlimləri, master-klasslar, panel müzakirələr, konsultasiya xidmətləri, enercayzerlər, ekskursiya, intellektual və əyləncəvi idman oyunları keçiriləcək.

 

Layihənin əsas məqsədi gənclərin məşğulluq imkanlarının artırılması üçün gənclər arasında şəbəkələşmə əlaqələrinin gücləndirilməsi və onların karyera planlaması istiqamətində maarifləndirilməsinə dəstək olmaqdır.

 

Düşərgədə iştirak onlayn qeydiyyat və seçim mərhələləri üzrə müəyyənləşdiriləcək. Seçimlər zamanı sonuncu kurs tələbələrinə, məzun olmuş və işaxtaran gənclərə üstünlük veriləcək.

 

Qeydiyyat üçün link: https://bit.ly/genclerinmesgulluqmektebi

 

Son qeydiyyat tarixi: 07.05.2024