“Gənclərin Məşğulluq Məktəbi” qış düşərgəsi başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənclərin Məşğulluq Məktəbi” qış düşərgəsi başa çatıb.

 

5 gün davam edən düşərgə müddətində gənc iştirakçılar üçün karyera planlaması, səyyar konsultasiyalar, əmək bazarının tələbləri, düzgün iş məqsədlərinin təyini, effektiv iş axtarışı yolları, CV yazılışı, istək məktubunun yazılma qaydası, müsahibəyə hazırlıq qaydaları mövzularında təlimlər, müxtəlif peşələr üzrə master-klasslar keçirilib, əyləncəli enercayzerlər, konsert proqramı, komanda quruculuğu və intellektual oyunlar təşkil olunub.

 

Gənclər birlikdə öyrənərək və əylənərək unudulmaz təcrübə qazanıblar.