Gəncədə millət vəkillərinin də iştirakı ilə vətəndaş qəbulu baş tutub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin bu dəfə Gəncə şəhərində vətəndaş qəbulu baş tutub.

 

Qəbulda həmçinin Gəncə şəhərinin millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov da iştirak edib.

 

Səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma və qurumun fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.

 

M.Abbasbəyli vətəndaşların sosial vəziyyəti ilə maraqlanıb, müraciətlər üzrə suallar cavablandırılıb, əlavə araşdırma tələb edən məsələlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.