Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Olduİşsiz və işaxtaran şəxslərə 800-dən çox vakansiya təqdim olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən növbəti əmək yarmarkası təşkil olunub.
Yarmarkada Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri, işəgötürənlər və digər qonaqlar iştirak edib.
Tədbirdə işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratması və bu vasitə ilə işə düzəlmələrinə köməklik məqsədilə keçirilən əmək yarmarkalarının əhəmiyyətindən danışılıb, işəgötürənlər və işaxtaran şəxslər tədbirdə aktiv iştiraka dəvət edilib.
Dövlət və özəl sektordan olan 80 işəgötürənin iştirak etdiyi yarmarkada işsiz və işaxtaran şəxslərə 800-dən çox vakansiya təqdim olunub. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.
Yarmarkada vətəndaşlara Agentliyin aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib, müraciət edən şəxslərlə ilkin sorğular aparılıb.