Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə Peşə Hazırlığı Mərkəzi tərəfindən yeni peşə kurslarına start verilib.
Mərkəz tərəfindən 17 peşə üzrə hazırlıq kursları təşkil edilib. Kurslar Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən, Qazax-Tovuz, Şəki-Zaqatala və Qarabağ Regional Məşğulluq filiallarını əhatə edir. Ümumilikdə kurslara 14 qrup üzrə 169 vətəndaş cəlb edilib.
Peşə hazırlığı müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd də veriləcək.
Təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və və onların işlə təmin olunmalarına dəstək göstəriləcək.