Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin daha bir Peşə Hazırlığı Mərkəzinə beynəlxalq ISO sertifikatı təqdim edilib.
Gəncə Peşə Hazırlığı Mərkəzinin fəaliyyətinin AZS İSO-9001:2020 “Keyfiyyəti İdarəetmə sisteminə dair tələblər” standartına uyğunluğunun qiymətləndirilməsi məqsədilə müraciət edilib və qiymətləndirmənin nəticəsi olaraq standart təsdiqlənib.
İSO-9001:2020 standartı keyfiyyəti idarəetmə sisteminin sertifikatlaşdırılması üzrə orqanlara ümumi tələbləri və onların akkreditasiyası qaydalarını müəyyən edir.
Gəncə Peşə Hazırlığı Mərkəzi də işaxtaran və işsiz kimi qeydiyyatda olan, habelə digər şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə peşə hazırlığının həyata keçirilməsində standartın tələblərini təmin edəcək.
Bundan əvvəl də Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzinə ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (ətraf mühitin idarə olunması və qorunması sistemi), ISO 45001 (əməyin təhlükəsizliyi sistemi) beynəlxalq sertifikatları təqdim edilib.