Gəncə Peşə Hazırlığı Mərkəzində cari ilin iyun ayında 207 nəfər peşə hazırlığına cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə Peşə Hazırlığı Mərkəzi tərəfindən cari ilin iyun ayında 207 nəfər peşə hazırlığına cəlb edilib.

 

Gəncə-Daşkəsən Qarabağ, Qazax-Tovuz, və Şəki-Zaqatala Regional Məşğulluq filialları ilə birgə təşkil edilən kurslar mebel ustası, intensiv bağçılıq üzrə işçi, yanacaqdoldurma stansiyalarının operatoru, ofisiant, elektrik maşın, aparat və cihazlarının sazlayıcısı, qənnadçı, şirniyyatçı və digər sahələri əhatə edir. Hazırda Mərkəzdə ümumilikdə 27 peşə hazırlığı kursu üzrə tədris aparılır.

 

Kurs müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir və kursları uğurla bitirən şəxslərin məşğulluğuna da dəstək göstərilir.